Gündəm

Bakı Dövlət Universitetində təhsil haqları 100-600 manat BAHALAŞIB

Bakı Dövlət Universitetində təhsil haqları 100-600 manat BAHALAŞIB

Bakı Dövlət Universitetində (BDU) 2025-2026-cı tədris ili üçün bır sıra ixtisasların illik təhsil haqları artırılıb.

Modern.az-ın məlumatına görə, artım 100-600 manat aralığındadır.

Belə ki, I qrupda mühəndislik ixtisasları (ekologiya , geologiya və geofizika, geomatika və geodeziya, kimya, mədən və sair mühəndislikləri) üzrə illik təhsil haqları ötən il 2100 manat olduğu halda bu il2700 manatdır.Bu qrupda müəllimlik ixtisaslarının illik təhsil haqları 100-200 manat bahalaşıb.

Fizika, kompüter elmləri, geologiya, mexanika, riyaziyyat ixtisaslarında isə artım 400 manat artaraq2500 manataçatıb.

II ixtisas qrupunda da demək olar ki, bütün ixtisaslar üzrə qiymət artımı müşahidə edilib. Ötən il 3000 manata olan bəzi ixtisasların (Beynəlxalq ticarət və logistika, biznesin idarə edilməsi, iqtisadiyyat və sair) illik təhsil haqları bu il3200manat təşkil edib.

III qrupda filologiya ixtisasları 100-300 manat aralığında bahalaşıb, hüquqşünaslıq ixtisasının illik təhsil haqqı dəyişməyib (4500manat). Regionşünaslıq ixtisasları400manat, politologiya ixtisasında200manat artım qeydə alınıb. IV qrupda isə psixologiya ixtisası500 manat, müəllimlik ixtisasları200 manatartıb.

Qeyd edək ki, bu gündən Azərbaycanda ixtisas seçimi başlayır.

NE
Nihadə Eyyubova