Gündəm

Azərbaycanda bu universitetlərin rus bölməsinə qəbul dayandırıldı — SİYAHI

Azərbaycanda bu universitetlərin rus bölməsinə qəbul dayandırıldı — SİYAHI

Bu gündən ali təhsil müəssisələrinə qəbul olunmaq üçün ixtisas seçimi başlayıb.

Bütün qruplar üzrə ixtisas seçimi avqustun 11-dən 19-dək olan müddətdə aparılacaq.

Demokrat.az bildirir ki, modern.az saytı ötən illə builki ixtisas seçiminin müqayisəsini apararkən maraqlı məlumata şahid olub.

Araşdırma zamanı məlum olub ki, bu il bəzi universitetlərdə rus dili bölməsinə ixtisas seçimi aparılmayacaq.

Belə ki, “Abituriyent” jurnalının 2025-ci ilin 4-cü nömrəsindəki bir sıra ali təhsil müəssisələrinin ixtisas siyahısında rus dili bölməsinə müsabiqə ləğv olunub. Halbuki ötən il həmin ixtisaslar üzrə rus dili bölməsinə qəbul həyata keçirilib.

Beləliklə, rus dili bölməsinə qəbulu dayandıran universitetlərin siyahısını təqdim edirik:

I qrup üzrə

Bakı Dövlət Universiteti (BDU) Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Bakı Mühəndislik Universiteti (BMU) Dövlət Dəniz Akademiyası Gömrük Akademiyası Naxçıvan Dövlət Universiteti (NDU) Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) Azərbaycan Texnologiya Universiteti Sumqayıt Dövlət Universiteti (SDU) “Azərbaycan” Universiteti

II qrup üzrə

Azərbaycan Texniki Universiteti (AzTU) Azərbaycan Memarlıq və İnşaat Universiteti (AMİU) Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Bakı Mühəndislik Universiteti (BMU) ADA Universiteti Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) Azərbaycan Dövlət Turizm və Menecment Universiteti Gömrük Akademiyası Naxçıvan Dövlət Universiteti (NDU) Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) “Azərbaycan” Universiteti Bakı Avrasiya Universiteti Bakı Biznes Universiteti

III qrup üzrə

Bakı Dövlət Universiteti (BDU) Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) Milli Aviasiya Akademiyası Naxçıvan Dövlət Universiteti (NDU) “Azərbaycan” Universiteti Bakı Avrasiya Universiteti

IV qrup üzrə

Bakı Dövlət Universiteti (BDU) Azərbaycan Tibb Universiteti (ATU) Bakı Mühəndislik Universiteti (BMU) Naxçıvan Dövlət Universiteti (NDU) Gəncə Dövlət Universiteti Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) Azərbaycan Texnologiya Universiteti Sumqayıt Dövlət Universiteti (SDU)

V qrup üzrə

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AMİU) Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) Bakı Mühəndislik Universiteti ADA Universiteti Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) Azərbaycan Texnologiya Universiteti

NE
Nihadə Eyyubova