Roma Papası XIV Leo Vaşinqtonda Ermənistan və Azərbaycan arasında əldə olunan razılaşmaya münasibət bildirib.
“Qafqazinfo”xəbər verir ki, bu barədə Papa Müqəddəs Pyotr meydanında ənənəvi bazar günü xütbəsini başa vurarkən danışıb:
“Hər iki ölkəni birgə sülh razılaşması imzaladıqlarına görə təbrik edirəm. Ümid edirəm ki, bu hadisə Cənubi Qafqazda dayanıqlı və daimi sülhə kömək edəcək”.


