Maliyyə Özəl

“Qala Həyat”dan yeni sığorta məhsulu: Müştəri özü şərtləri müəyyən edir...

“Qala Həyat”dan yeni sığorta məhsulu: Müştəri özü şərtləri müəyyən edir...

“Qala Həyat” Sığorta Şirkəti müştəriləri üçün növbəti yeniliyini təqdim edir.

Bu barədə Demokrat.az-a “Qala Həyat” Sığorta Şirkətindən məlumat verilib.

Şirkətin təqdim etdiyi “Zərərsiz və İtkisiz” adlı sığorta məhsulunun əsas üstünlüyü ondan ibarətdir ki, müştəri sığorta haqqını öz istəyi və maliyyə imkanlarına uyğun olaraq müəyyən edə bilir.

Yeni məhsul çərçivəsində sığorta olunan şəxslərə aşağıdakı imkanlar təqdim olunur:

Həm həyatın itirilməsi (ölüm halı), həm də yaşam sığortası üzrə təminat;

Sığorta müddəti ərzində heç bir hadisə baş vermədiyi halda belə ödəniş alma imkanı.

Mütəxəssislər bu məhsulun bazarda innovativ yanaşma olduğunu bildirirlər.

Ənənəvi həyat sığortasından fərqli olaraq, “Zərərsiz və İtkisiz” müştəriyə həm riskə qarşı təminat verir, həm də hadisə baş vermədikdə belə sərmayə kimi geri dönüş imkanı təqdim edir.

Məqsəd daha çevik, şəffaf və əlçatan sığorta modelini formalaşdırmaqdır.

Ətraflı məlumat almaq üçün aşağıdakı əlaqə vasitələrindən müraciət edə bilərsiniz:

Ünvan: İzmir küçəsi, 5A Çağrı mərkəzi: 1540 Telefon: (012) 404 77 74

D
demokrat.az