Gündəm Özəl

Deputat: “ABŞ prezidentinin bu dəvəti tarixi hadisədir”

Deputat: “ABŞ prezidentinin bu dəvəti tarixi hadisədir”

“ABŞ prezidentinin Azərbaycan və Ermənistan liderlərini ölkəsinə dəvət etməsi və birlikdə iki ölkə arasında sülh müqaviləsini müzakirə etməsi artıq tarixi bir hadisədir”.

Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

O bildirib ki, bu addım ABŞ-nin problemi tezliklə sona çatdırmaq istəyindən və regionda stabilliyin bərqərar olmasında marağının göstəricisidir:

“Müqavilənin imzalanıb-imzalanmayacağı orada gedəcək söhbətlərdən asılıdır. Azərbaycan öz şərtini bildirib.

Əbu-Dabidə aparılan danışıqlar Ermənistanla mövqelərimizi bir qədər yaxınlaşdırdı. Bütün dünya və o cümlədən region bu görüşü səbrsizliklə gözləyir.

Əgər ABŞ prezidenti sülh müqaviləsinin imzalanmasını təmin etsə, hesab edirəm ki, tarixin çox əhəmiyyətli bir səhifəsi yazılmış olacaq”.

Cavidan Mirzəzadə Demokrat.az

D
demokrat.az