Gündəm

Mehriban Əliyeva Xalq artisti Arif Babayevin vəfatı ilə bağlı başsağlığı verdi

Mehriban Əliyeva Xalq artisti Arif Babayevin vəfatı ilə bağlı başsağlığı verdi

Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Arif Babayevin vəfatı ilə bağlı başsağlığı verib.

Demokrat.azxəbər verir ki, M.Əliyeva bununla bağlı rəsmi "Instagram" hesabında paylaşım edib.

Paylaşımda deyilir:

"Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi Arif Babayevin vəfatı mədəniyyətimiz, bütün xalqımız üçün əvəzsiz itkidir. O, yaşından asılı olmayaraq hər kəsin sevdiyi əsl Xalq artisti idi. Onun məharətlə ifa etdiyi muğamlar milli musiqi irsimizi daha da zənginləşdirmişdir. Arif Babayevin xoş, nurlu xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. Allah rəhmət eləsin".

View this post on Instagram

A post shared by Mehriban Aliyeva (@firstvicepresidentazerbaijan)

NE
Nihadə Eyyubova