Türkiyə Jurnalistlər (Gazeteciler) Cəmiyyətinin nümayəndə heyəti Bakıya rəsmi səfər ediblər.
Yenicag.azxəbər verir ki, səfərin ilk günündə nümayəndə heyəti Fəxri Xiyabanı ziyarət edərək Ümummilli lider Heydər Əliyevin məzarına qərənfil qoyublar.
Daha sonra 1918-ci il Bakı döyüşlərində şəhid olan Azərbaycan və Türkiyə əsgərlərinin dəfn olunduğu Şəhidlər Xiyabanı ziyarət olunub. Heyət həmçinin 1990-cı il “Qara Yanvar” hadisələrində Azərbaycanın müstəqilliyi uğrunda canını fəda edənlərin məzarları önünə də qərənfillər düzüb.
Heyətə Türkiyə Jurnalistlər (Gazeteciler) Cəmiyyətinin sədr müavinləriMustafa YoldaşvəAli Oruc, maliyyə katibiƏli Topçu, idarə heyətinin üzvüZeynəb Gürcanlı, nəzarət heyətinin üzvüFigen Balcı, üzvlərYıldıray Arslan,Korhan Önvə layihə əməkdaşıNursu Yıldızdaxil olub.
Ziyarət proqramı çərçivəsində Türkiyənin Azərbaycandakı səfiriProf. Dr. Birol Akgünilə də görüş keçirilib. Görüşdə Türkiyə-Azərbaycan münasibətləri, İkinci Qarabağ müharibəsindən sonra bölgədə yaranan vəziyyət, Azərbaycanın geosiyasi mövqeyi və qonşu dövlətlərlə diplomatik əlaqələri müzakirə olunub. Sonda “Qazeteciler Cemiyeti” sədr müaviniAli Oruçsəfirə xatirə hədiyyəsi təqdim edib.
Qeyd edək ki, nümayəndə heyəti səfər çərçivəsində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin qonağı olub. Onlar burada Mərkəzin İdarə Heyətinin üzvüDr. Cavid Vəliyevtərəfindən qəbul ediliblər. Görüş zamanı regionda baş verən geosiyasi proseslər, Azərbaycanın xarici siyasəti və beynəlxalq münasibətlər sahəsində fikir mübadiləsi aparılıb.
















