Bir sıra media nümayəndələri Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsis edilmiş Azərbaycan Milli Mətbuatının 150 ilik yubiley medalı ilə təltif ediliblər.
"Report" xəbər verir ki, yubiley tədbirində medala layiq görülən bəzi media nümayəndələrinin adları məlum olub.
Tədbirdə çıxış edən Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib ki, yaxın zamanda digər təltif olunan şəxslərə də yubiley medalları təqdim ediləcək.
Tədbirdə ilkin olaraq medallar Roza Tağıyeva, Dağbəyi İsmayılova, Cahangir Məmmədliyə, Mirşahin Ağayevə, Flora Xəlilzadəyə, Vasif Quliyevə, Qahirə Hüseynovaya, Qulu Məhərrəmliyə, Vüsalə Mahirqızına, Müsəllim Həsənova, Bəxtiyar Qaracaya təqdim edilib.


