Media

“Jurnalistikanı blogerlikdən ayırmağın vaxtı gəlib” — Aina Zadabek

“Jurnalistikanı blogerlikdən ayırmağın vaxtı gəlib” — Aina Zadabek

“Jurnalistikanı blogerikdən ayırmağın vaxtı gəlib. Klassik jurnalistikaya qayıtmalıyıq”.

Demokrat.azxəbər verir ki, bu sözləri III Şuşa Qlobal Media Forumunun “İnnovativ yanaşmalar: Rəqəmsal dövrdə media savadlılığı” adlı panelində “Qazcontent” ASC-nin İdarə Heyətinin sədri Aina Zadabek deyib.

Onun sözlərinə görə, məlumatın həcmi böyükdür və biz onu fərqləndirməliyik:

“Sosial şəbəkədə səhifəyə sahib olan hər bir şəxs jurnalistika fəaliyyəti ilə bərabər tutulur. Bu, əlbəttə ki, səhv fikirdir. Düşünürəm ki, bütün dünyada bununla bağlı qanunvericilik səviyyəsində qərar qəbul edilməlidir”.

D
demokrat.az