Gündəm Özəl

Elektrikli avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ

Elektrikli avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ

“Elektrikli avtomobillərə ölkəmizdə xüsusi güzəştlər tətbiq olunur – həm gömrük və ƏDV-dən azad edilmə, həm də 10 faiz ilkin ödəniş etməklə almaq imkanı. Hal-hazırda 10-dan çox özəl şirkət şarj məntəqəsi yerləşdirib Bakı və bölgələrdə. "Azərişıq" tərəfindən də yetərincə aparatlar qurulub. İnfrastruktur layihələri yetərincə var və bunların inkişafı hələ də davam etdirilir”.

Bunu Demokrat.az-a “Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası”nın İdarə Heyətinin sədri Eyyub Əliyev deyib. Onun sözlərinə görə, etibar edərək bu avtomobilləri almaq olar:

Elektrikli avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ

“Rəsmi servis və dilerlər bu istiqamətdə işlər görürlər, əməkdaşlarını istehsalçı zavodlara göndərirlər, təlimlər keçirlər, bu sahədə peşəkar servis ustaları yetişdirirlər. Məncə, almağa dəyər, amma rəsmi servisdən. Əldən, qeyri-rəsmi yerlərdən almaq olmaz, onun xüsusi təlimatları var – şarj aparatına qoşulma məsələləri və s. Bu təlimatlara riayət etmək lazımdır”.

Cavidan Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova