“Bitcoin”in qiyməti 3,5% artaraq tarixdə ilk dəfə 113 000 dollar həddini keçib.
“Qafqazinfo” xəbər verir ki,bu RİA Novosti ticarət məlumatlarına istinadən məlumat yayıb.
Ən böyük kriptovalyuta birjası “Binance”də, Bakı vaxtı ilə saat 21:10-a olan məlumata görə, “Bitcoin” bir gündə 3,49% artaraq 113 231,01 dollara çatıb.
20-dən çox birjanın məlumatları əsasında orta çəkili qiymət hesablayan “CoinMarketCap”ın məlumatına görə, “Bitcoin”in qiyməti orta hesabla 3,57% artaraq 113 351,27 dollara çatıb.
Məlumatlar həmçinin son 24 saat ərzindəki dinamikanı əks etdirir.


