Türkiyənin“NOW” kanalında yayımlanan məşhur “Yetenek sizsiniz Türkiye” verilişinə azərbaycanlı iştirakçı qatılıb.
Demokrat.azxəbər verir ki, Günay Nuriyeva adlı gimnast təkcə istedadı ilə yox, həm də həyat hekayəsi ilə münsif heyətini təsirləndirib.
O, 9 yaşına qədər yeriyə və danışa bilmədiyini, bu səbəbdən atasının onu tərk etdiyini deyib.
Günayın illərlə üzərində çalışması, əzmi münsiflər heyəti tərəfindən təqdir edilib. İştirakçı hər 4 münsifdən “hə” cavabı alaraq növbəti mərhələyə keçməyi bacarıb.
Daha ətraflı videoda:


