Dünya

Türkiyədə mikroavtobus qəzaya uğradı – 17 yaralı var

Türkiyədə mikroavtobus qəzaya uğradı – 17 yaralı var

Türkiyənin Eskişehir şəhərində sərnişin mikroavtobusu ilə yük avtomobilinin toqquşması nəticəsində xeyli yaralı var.

Demokrat.azSputnik Azərbaycan-a istinadən bildirir ki, Eskişehirdə "Bursaspor" futbol klubunun azərkeşlərini daşıyan mikroavtobusun yük avtomobili ilə toqquşması nəticəsində 17 nəfər yaralanıb.

Sərnişin mikroavtobusu Eskişehir-Ankara yolunun 10 kilometrliyində yük maşını ilə toqquşub.

Qəzada yaralanan 17 nəfər xəstəxanalara aparılıb. Onların həyati təhlükəsi yoxdur.

Qəzada yaralanan 17 nəfər "Bursaspor"un bu gün "Adanaspor" ilə oynayacağı oyuna gedirmiş.

D
demokrat.az