İyunun 28-30-da Qazaxıstanın Almatı şəhərindəALZ Qrupuntəşkilatçılığı ilə,Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyasınıntərəfdaş olduğuBeynəlxalq Tibbi Turizm SərgisivəB2B görüşlər (healthtourismexpos)keçirilib.
Sərgidə Azərbaycan sağamlıq turizm sektorunu Assosiasiyanın İdarə Heyəti təmsil edib. Həmçinin “Aydin Partners”, “Palıd” şirkətlər qrupu və “OKİ Qusar hospital” kimi təşkilat üzvləri də Azərbaycanı təmsil edən qurumlar sırasında yer alıblar.
Açılış mərasimindəTürkiyə Respublikasının Almatı şəhərindəki baş konsulu Evren Müderris oğlu,ALZ Qrup İdarə Heyətinin sədri Cihad Alagöz,Almatı Turizm İdarəsinin müavini Qaziz Tolobek,Türkiyə Ticarət Nazirliyinin direktor müavini Alperen Kaçar,DEİK Sağlamlıq İşi Şurasının sədri Dr. Mehmet Altuğ,Azərbaycan Assosiasiyasının sədri Ruslan Quliyev,Almatı Tibbi Turizm Assosiasiyasının rəhbəri Raisa NurjaubayevavəQazaxıstan Sağlamlıq Turizm Assosiasiyasının sədri Kristina Kriveçaçılış nitqi ilə çıxış ediblər.
"ALZ International"tərəfindən təşkil edilən Almatı Beynəlxalq Sağlamlıq Turizmi SərgisiTürkiyə Ticarət Nazirliyinin “Dəstəklənən Beynəlxalq Tədbirlər”indən biridir vəTOBB, DEİK və İxracatçılar Birliyitərəfindən dəstəklənir.
İki gün ərzində (28-29 iyun)MDB ölkələrindən, o cümlədənQazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Azərbaycan, Rusiya, BƏƏ və Almaniyadan aparıcı müəssisələrin nümayəndələri B2B görüşlər keçirərək gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Tədbirin əsas məqsədi bilik mübadiləsi aparmaq, regional təcrübəni inkişaf etdirmək, yeni biznes şəbəkələri qurmaq və tibbi turizm sahəsində dialoqu təşviq etməkdir.
Sərgi çərçivəsindəQazaxıstan, Türkiyə, Azərbaycan, Türkmənistan, Gürcüstan, Koreya, Hindistan, Finlandiyavə digər ölkələrdən nümayəndələrin iştirakı ilə geniş ekspozisiya da təşkil olunub.
Naxçıvandakı Duzdağ,Naftalan,Şabran,QarabağvəŞərqi Zəngəzurunturizm imkanları da tədbir iştirakçılarına təqdim olunub. (Afn.az)



