Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi təyin edilməsi haqqında sərəncam imzalayıb.
Demokrat.az xəbər verir ki, sərəncamla Zeynal Səfər oğlu Nağdəliyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi təşkilat məsələləri şöbəsinin müdiri təyin edilib.


