Gündəm Özəl

Rusiyada yaşayan azərbaycanlıların hüquqları pozulub — RƏSMİ

Rusiyada yaşayan azərbaycanlıların hüquqları pozulub — RƏSMİ

“Rusiyada yaşayan azərbaycanlılara işgəncələrin verilməsi beynəlxalq hüququn pozulmasıdır”.

Demokrat.az bu sözləri Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəis müavini Samirə Nəcəfzadə iyulun 2-də Baş Prokururluqda Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı cinayət işinin açılmasına dair keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan Avropa İnsan Haqları Konvensiyasının üzvü olsa da, Rusiya bu konvensiyadan çıxıb:

“Beynəlxalq müqavilələrlə işgəncələr qadağan edilib.

Rusiyada yaşayan azərbaycanlıların hüquqları pozulub”.

Cavidan Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova