Dünya

Ronaldo "Ən-Nəsr"lə yeni müqavilə imzaladı

Ronaldo Ən-Nəsrlə yeni müqavilə imzaladı

40 yaşlı portuqaliyalı ulduz Kriştianu Ronaldu Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunda çıxışını davam etdirəcək.

Demokrat.az Oxu.az-a istinadən xəbərinə görə, bu barədə klubun rəsmi mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, futbolçu ilə 2027-ci ilə qədər yeni müqavilə imzalamıb.

Ronaldunun əvvəlki müqaviləsi iyunun 30-da başa çatmalı idi.

Qeyd edək ki, Kristiano Ronaldo 2023-cü ilin yanvarından "Ən-Nəsr"in tərkibində çıxış edir.

NE
Nihadə Eyyubova