Siyasət

"İlham Əliyev açıq bəyan etdi ki, aparılan ideoloji işdə olduqca ciddi nöqsanlar var" – Eynulla Fətullayev

İlham Əliyev açıq bəyan etdi ki, aparılan ideoloji işdə olduqca ciddi nöqsanlar var – Eynulla Fətullayev

"Dünən İlham Əliyev açıq bəyan etdi ki, aparılan ideoloji işdə olduqca ciddi nöqsanlar var. Və Azərbaycanda ideoloji iş yenidən qurulmalıdır".

Demokrat.az-ın məlumatına görə, bu sözləritanınmış jurnalist Eynulla Fətullayev, Prezident İlham Əliyevin nitqini xatırlayarkən bildirib. Jurnalist daha sonra fikrinə bu sözlərlə davam edib:

Əslində, son aylarda, prezident təkbaşına dövlətin ideoloji təbliğatını həyata keçirir. Bəs o zaman niyə prezidentin ideoloji komandası və aparatı laqeydlik nümayiş etdirir? Uzun illər ərzində, biz bu komandanı qəflət yuxusundan ayıltmağa çalışırdıq, ictimai problemləri qabatrmaqdan yorulmuşduq, həyacan təbili çalırdıq... İdeoloji işə cavabdeh şəxslər nə cavab verirdi bizə? Bizi təxribatlarda ittiham edirdi, prezidentdən gerçək durumu gizlədirdilər, obyektiv məlumat vermirdilər, əksinə dövlət aparatının bütün potensialını bizə qarşı səfərbər etmişdilər. Problemlərlə deyil, bizimlə mübarizə aparıb, həm özlərini, həm də bizi yorurdular"

E.Fətullayev hesab edir ki, dövlət başçısı,həqiqəti tam çılpaqlığı dilə gətirib:

"Nəhayət, həqiqət anı yetişdi. İndi gedin yenə bizi ittiham edin, görüm ittiham edə biləcəksinizmı? Prezident həqiqəti tam çılpaqlığı ilə ideoloji sahəyə cavab verən şəxlsərə nümayiş etdirdi. İndi gedin, düşünün. Nə qədər zərbə vurduz həm ideologiyaya, həm bizə bu illər ərzində. İtirilmiş illər ərzində".

Demokrat.az

İlham Əliyev açıq bəyan etdi ki, aparılan ideoloji işdə olduqca ciddi nöqsanlar var – Eynulla Fətullayev

D
demokrat.az