Hadisə

Şəkidə çörək sexində partlayış baş verdi – Xəsarət alan var

Şəkidə çörək sexində partlayış baş verdi – Xəsarət alan var

Şəkidə çörək sexində partlayış baş verib.

Demokrat.azxəbər verir ki, qaz sızması nəticəsində baş verən partlayış zamanı 1 nəfər xəsarət alıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, xəsarət alan qadının vəziyyəti orta ağırdır. Kürək və hər iki qolun yanığı diaqnozu ilə Şəki MRX-ya çatdırılan qadının bədənindəki yanıqlar 2 və 3-cü dərəcəlidir.

Ona lazımi tibbi yardım göstərilib, müalicəsi davam edir.

D
demokrat.az