Dünya

Beynəlxalq agentliyin baş direktoru: "Fordodakı nüvə obyektinə daxil olmaq mümkün deyil"

Beynəlxalq agentliyin baş direktoru: Fordodakı nüvə obyektinə daxil olmaq mümkün deyil

"İranın nüvə obyektləri ABŞ-nin zərbələrindən ciddi ziyan çəkib".

Demokrat.azxəbər verir ki, bu sözləri Beynəlxalq Atom Enerjisi üzrə Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi "Fox News" telekanalına müsahibəsində deyib.

O bildirib ki, İrandakı üç nüvə obyektində əhəmiyyətli dərəcədə zərər meydana gəlib:

"Natanz, İsfahan və Fordodakı nüvə obyektləri zədələnib. Fordodakı obyektə daxil olmaq mümkün deyil. Buna görə vəziyyəti birbaşa görməmişik".

D
demokrat.az