Gündəm

İran hava məkanını beynəlxalq reyslər üçün açıb

İran hava məkanını beynəlxalq reyslər üçün açıb

İranın hava məkanı beynəlxalq uçuşlar üçün açıq elan edilib.

Oxu.Azxəbər verir ki, bu barədə "Flightradar24" "X" sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

"İranın hava məkanı indi əvvəlcədən icazə verildiyi təqdirdə Tehrana beynəlxalq gəliş və gedişlər üçün açıqdır", - deyə paylaşımda bildirilir.

Qeyd edək ki, bundan əvvəl İran hökuməti İsrailin zərbələri fonunda hava məkanının bağlandığını elan etmiş və bu qadağanın müddəti bir neçə dəfə uzadılmışdı.

NE
Nihadə Eyyubova