Dünya

Netanyahu: "İsrail Qəzzadan üç girovun meyitini geri qaytarıb"

Netanyahu: İsrail Qəzzadan üç girovun meyitini geri qaytarıb

"İsrailin hərbi qulluqçuları həlak olmuş üç girovun meyitinin qalıqlarını Qəzza zolağından geri qaytarıblar".

Oxu.Azxəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

"İsrail Müdafiə Ordusu və Ümumi Təhlükəsizlik Xidməti tərəfindən Qəzza zolağında həyata keçirilən əməliyyat zamanı HƏMAS tərəfindən saxlanılan üç oğurlanmış girovun cəsədləri İsrailə qaytarılıb", - deyə o vurğulayıb.

NE
Nihadə Eyyubova