Bu gün Azərbaycanda 2024-2025-ci tədris ili başa çatır və bütün ümumi təhsil müəssisələrində “Son zəng” çalınır.
Bu il respublikada ümumi təhsil müəssisələrinin XI sinifləri üzrə 113 min nəfərə yaxın şagird məzun olur. Onlardan 33517 nəfəri Bakıdakı məktəbləri bitirir.
Demokrat.azxəbər verir ki, məktəblərin “Son zəng”lə yola saldığı məzunlar arasında bəzi jurnalistlərin övladları da var. Ənənəmizə sadiq qalaraq, bu il də məzun olan həmkarlarımıza diqqətlə yanaşdıq.
"Bizim.Media.az" saytının rəhbəriAnar Tahirovun oğlu Fuadbu gün orta məktəbi bitirən minlərlə gəncdən biridir. Həmkarımız oğlunun məzun olmasına reaksiyasını belə ifadə edib: "Əziz məzunlar, bu gün sizlər üçün qürur, sevinc və bir az da həyəcan doludur. Qarşınızda sizi gözləyən uzun bir yol var. İnanıram ki, bilik və zəhmətinizlə bu yolu uğurla gedəcək, ailənizi, müəllimlərinizi və Vətənimizi daim qürurlandıracaqsınız. Hər bir məzunumuzu təbrik edir, sağlam, uğurlu bir gələcək arzulayıram. Məzun 2025 – yolunuz açıq, uğurunuz bol olsun!"
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiriElnur Niftəliyevin qızıGülcanüçün son zəng Bakı Türk Liseyində səslənib. Gülcanın arzusu tibb sahəsində təhsil almaq, həkimlik peşəsinə yiyələnməkdir.
“Gülcanın arzuladığı kimi xalqımıza, dövlətimizə layiqli kadr, həkim olacağına inamımız sonsuzdur. Ali məktəbə qəbul xəbərini səbirsizliklə gözləyirik. Yolun açıq olsun, qızım”, - deyə Elnur Niftəliyev valideyn olaraq sevinc hisslərini ifadə edib.
“Bakivaxtı.az” saytının baş redaktoruQalib İbrahimoğlunun övladı Murad Məmmədlidə Bakı Türk Liseyini bitirib.
“Bizimyol.info” saytının əməkdaşıİradə Cəlilin oğluSəməd Əlizadə11-ci sinfi 212 nömrəli məktəbdə başa vurub.
"Matc.az" saytının baş redaktoruİxtiyar Əsgərovun qızı Kifayət Əsgərova162 saylı orta məktəbdən məzun olub. Kifayətin arzusu Bakı Dövlət Universitetinə qəbul olunmaqdır.
“Yenicag.az” saytının direktoruAqil Ələsgərin oğlu Amin Fərəcovüçün də bu gün son zəng çalınıb.
Telejurnalist, Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin redaktoruKönül Rəhim"Son zəng" gününü ilk dəfə valideyn kimi yaşayanlardandır. Onun övladıMikayıl ȘıxılıSumqayıt şəhərindəki Humanitar və təbiət-riyaziyyat təmayüllü "İstedad" liseyindən məzun olur.
Həmkarımız sevincini bu cur ifadə edib: “11 il əvvəl əlindən tutub məktəbə apardığımız bu sarışın oğlan bu gün bizi məzun olaraq öz "Son zəng”inə aparıb. İzah edilməyəcək dərəcədə xoş hisslərdir".
"Aznews.az”ın baş redaktoru Taleh Şahsuvarovun oğlu Özgür Şahsuvarlıməzun adını49 saylı "İntellekt" məktəb-liseydən qazanıb. Özgürün hədəfibu il ali məktəb tələbəsi olmaqdır.
"Unikal.az”ın redaktoru Hüseyn İsgəndərovun oğlu Rəvan İsgəndərlidə orta məktəblə vidalaşıb. Onun üçün indi əsas məsələ ali məktəb tələbəsi adını qazanmaqdır.
"CBC Sport" telekanalının aparıcısıPərviz Musayevin oğlu Osman Musayev160 saylı Klassik Gimnaziyadan məzun olub.
Dövlət Məşğulluq Agentliyinin Kommunikasiya departamentinin müdiriMayis Musayevinoğlu Məhəmməd Musayev də elə həmin ümumtəhsil ocağını -160 saylı Klassik Gimnaziyanı başa vurub.
İqtisadiyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşıİlkin Ağayevin oğlu Turqay Ağayevbu ilorta məktəbə "əlvida" deyən məzunlardandır.
"Azedu.az" təhsil portalının redaktoruLəman Novruzovanın qardaşı11-ci sinifdən məzun olub.
"Bakivaxtı.az” xəbər portalının təsisçisiİqbal Alısoyun ikiövladı - Duyğu Alısoy və İsmayıl Alısoy orta məktəbi başa vurublar.
"Qafqazinfo.az" saytının redaktoruGülşən Raufqıznın övladı Gülnurməzun adını qazanmaqlavalideynlərinə sevinc yaşadıb. "Bu gün göz yaşlarım sel olub axdı bu qız üçün. Ömrümdə ilk dəfə danışmağa bu qədər çətinlik çəkdim. Yolun, bəxtin açıq olsun, gözəl balam!", - deyə həmkarımız övladı barədə sevincini bölüşüb.
İcbari Sığorta Bürosunun əməkdaşı, "Monetar.az" saytının rəhbəriNeman Səfərəliyevin oğlubu il 11-ci sinfi başa vuran məzunlar sırasında yer alır. Həmkarımız övladı ilə bağlı hisslərini bölüşüb: "Məktəb illəri sona çatdı!11 il boyunca “oyan, dərsə gecikərsən”, “ev tapşırığını eləmisən?”, “telefondan bir az uzaq dur!” kimi sözləri o qədər dedik ki...Çox çalışdı, əzmkarlıq gostərdi, indi yeni bir mərhələyə qədəm qoyur.Səninlə fəxr edirik! Yolun açıq, gələcəyin parlaq olsun!"
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,mədəniyyət yazarı, kino araşdırmaçısı, prodüserVasif Ayanın qızı Ayanda bu gün "Son zəng" mərasiminin sevincini yaşayan məzunlar arasındadır.(Modern.az)