Ukraynada qadın şeytan çıxarılması prosesi zamanı azyaşlı qızını öldürüb.
Demokrat.az xəbər verir ki, bu barədə regional polis məlumat yayıb.
Yoxlama zamanı polis əməkdaşları 2021-ci il təvəllüdlü qız meyidi aşkar ediblər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları ilkin istintaq-əməliyyat tədbirləri həyata keçirib, qəsdən adam öldürməyə görə sübutlar götürülüb.
Yerli KİV-in məlumatına görə, qadın uşağa şeytan çıxarma prosesi edib və bunu videoya çəkib.
Şübhəli şəxs saxlanılıb, araşdırmalar davam etdirilir.
Əfsanə Kamal Demokrat.az


