Şou-biznes

“Təhminə”nin aktrisası insult keçirib — FOTOLAR

“Təhminə”nin aktrisası insult keçirib — FOTOLAR

Moskvada yaşayan və fəaliyyət göstərən 75 yaşlı azərbaycanlı aktrisa Larisa Xələfova insult keçirib.

Demokrat.az xəbər verir ki, bu barədə Aktyorlar Agentliyinin rəhbəri Səbuhi Məmmədov öz sosial media hesabında məlumat yayıb.

Bildirilibki, insult keçirən L.Xələfova hazırda xəstəxanadadır və sağalmaq üzrədir. Aktrisanın bütün xərclərini qızı Elnarə Vəzirovaqarşılasa da maddi yardıma ehtiyaclarıolduğu vurğulanıb.

Qeyd edək ki, Larisa Xələfova 1950-ci il yanvarın 29-da Bakıda anadan olub. 1972-1974-cü illərdə - Sverdlovsk Dram Teatrında,1975-ci ildən S.Vurğun adına Azərbaycan Rus Dram Teatrında çalışıb.

1966-cı ildən kinoda – ilk rolu “İstintaq davam edir” filmindəki Dilyarə olub. O, “Təhminə” filmində "Mədinə" obrazına həyat verib. Aktrisa30-a yaxın filmdə çəkilib. "Sən həmişə mənimləsən","De ki, məni sevirsən!", "Kənar adamlar", "Şir evdən getdi" bunlardan bir neçəsidir.

“Təhminə”nin aktrisası insult keçirib — FOTOLAR

“Təhminə”nin aktrisası insult keçirib — FOTOLAR

NE
Nihadə Eyyubova