Dünya

İlon Maskdan GÖZLƏNİLMƏZ BƏYANAT: "Nüfuzuma ən böyük zərbəni özüm vururam"

İlon Maskdan GÖZLƏNİLMƏZ BƏYANAT: Nüfuzuma ən böyük zərbəni özüm vururam

Amerikalı milyarder İlon Mask ABŞ Prezidenti Donald Trampla çəkişməsi ilə bağlı son şərhlərini lağa qoyub. O, nüfuzuna hamıdan çox özünün zərbə vurduğunu bildirib.

Oxu.Azxəbər verir ki, İ.Mask "X" sosial şəbəkəsində bəyanat dərc edib.

"Bir görün mənim nüfuzuma xələl gətirmək üçün nə qədər səy göstərilib, xüsusən də özüm tərəfindən. Biabırçı haldır", - deyə o qeyd edib.

NE
Nihadə Eyyubova