Dünya

Yəməndə məscidə qumbara atıldı: Ölənlər və yaralananlar var

Yəməndə məscidə qumbara atıldı: Ölənlər və yaralananlar var

Yəməndə naməlum şəxs insanlar namaz qılarkən məscidə qumbara atıb.

Demokrat.azbu barədə "Mareb Press" nəşrinə istinadla xəbər verir.

Ölkənin Əl-Bayda əyalətində baş vermiş hadisə nəticəsində doqquz nəfər həlak olub, 15 nəfər isə yaralanıb.

Onun qumbara atdıqdan sonra atəş açdığı bildirilir.

Qeyd olunub ki, insidentin törədildiyi Karn əl-Əsəd kəndi "Ənsar Allah" hərakatından olan husilərin nəzarəti altındadır.

D
demokrat.az