Bakıda 20 yaşlı qız qıcolmadan ölüb.
Demokrat.az lent.az-a istinadla xəbər verir ki, hadisə Su İdman Sarayının yaxınlığında qeydə alınıb.
TƏBİB-dənbildirilib ki, iyunun 7-də 20 yaşlı qız qıcolma vəziyyətində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib.
Dərhal xəstəyə zəruri tibbi xidmətlər göstərilib, həkimlərin səylərinə baxmayaraq xəstənin həyatını xilas etmək mümkün olmayıb.


