"Fransa Zəngəzurda konsulluq açmaqla bölgədə real hərbi-siyasi və diplomatik təsir imkanlarını genişləndirmək istəyir. Bu, həm də Rusiyanın bölgədə azalan təsirini kompensasiya etmək niyyətində olan Qərb dairələrinin strateji cəbhələşməsi kimi oxuna bilər".
Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Elçin Mirzəbəyli deyib. Onun sözlərinə görə, Fransa açıq şəkildə Zəngəzur dəhlizinin açılmasına qarşı mövqedədir:
"Konsulluğun açılması bu bölgədə yeni reallıqların qarşısını almağa yönələn diplomatik və kəşfiyyat infrastrukturu yaratmaq niyyəti güdə bilər. Fransanın QHT rəhbəri Karmen Apuntsun konsul təyin olunması da bölgədə mülki sektor vasitəsilə yumşaq güc tətbiqinə cəhd kimi qəbul olunmalıdır.

Cavidan Mirzəzadə Demokrat.az


