Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa sentyabrda ABŞ-a səfər edəcək.
Demokrat.az xəbər verir ki, bu barədə Suriya TV məlumat verib.
Qeyd olunur ki, Əl-Şaraa da BMT-nin iclasında çıxış edəcək. Bu, Suriya prezidentinin son 60 ildə dünya təşkilatında ilk çıxışı olacaq. Suriyanın Müvəqqəti Hökuməti 9 dekabr 2024-cü ildə Bəşər Əsəd rejiminin devrilməsindən sonra yaradılıb. 29 yanvar 2025-ci ildə ali qanunverici orqan olan Xalq Şurası rəsmən buraxıldı və Keçid Hökuməti Müvəqqəti Qanunvericilik Şurasına seçkilər elan etdi.
2025-ci il martın 29-da birinci keçid hökuməti öz işini başa vurdu və yerinə ikinci keçid hökuməti gəldi.
Donald Tramp Səudiyyə Ərəbistanında əl-Şara ilə görüşünü şərh edərkən Suriyanın yeni liderinin güclü keçmişi olan döyüşçü olduğunu bildirib.
Əfsanə Kamal Demokrat.az


