Gündəm

AKAF 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir keçirəcək — FOTO

AKAF 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir keçirəcək — FOTO

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) uşaq və yeniyetmələrin bu idman növünə cəlb edilməsi yönündə mütəmadi təbliğat və təşviqat işləri həyata keçirir. Kütləviliyi təmin etmək məqsədi ilə aparılan işlər çərçivəsində federasiya Gənclər və İdman Nazirliyi ilə birgə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir təşkil edəcək.

Demokrat.az xəbər verir ki,“Gənclik” metrosu yaxınlığında – “Dədə Qorqud” parkında keçiriləcək ictimai tədbirdə uşaq və yeniyetmələr üçün həvəskar qayıqlarda özünü sınamaq imkanı yaradılacaq.

Bu sınaq yürüşlərinə peşəkar müəllimlər nəzarət edəcəklər. Eyni zamanda uşaqların həftəsonunu maraqlı keçirməsi üçün müxtəlif musiqili proqramlar, əyləncəli viktorinalar nəzərdə tutulub.

Tədbir saat 17:00-dan etibarən başlayacaq. Əraziyə giriş sərbəstdir.

AKAF 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir keçirəcək — FOTO

NE
Nihadə Eyyubova