Maliyyə

Kapital Bank-dan daha bir xəbərdarlıq: Saxta lotereya və mükafat yalanlarına inanmayın

Kapital Bank-dan daha bir xəbərdarlıq: Saxta lotereya və mükafat yalanlarına inanmayın

Kiberdələduzluq internet və rəqəmsal platformalar üzərindən həyata keçirilən, istifadəçilərialdadaraq maliyyə və ya şəxsi məlumatlarını ələ keçirmək məqsədi daşıyan fəaliyyətlərdir.Müasir dövrün cinayət əməllərindən biri olan kiberdələduzluğun üsulları olduqca çoxdur,xüsusən də sosial şəbəkələrdə.

Kapital Bank hər kəsi bu dələduzlq üsullarını bilməyə vədiqqətli olmağa çağırır.

Saxta lotereyalar, oyunlar və mükafatlar: Brendlər adına yaradılan saxta lotereya,kampaniya səhifələri ilə sosisl şəbəkələrdə tez-tez rastlaşırıq. Bu səhifələrin dizyanındabrendin adı, loqosu, rəngləri təqlid edildiyindən istifadəçilər ani diqqətsizliklə dələduzlarıntoruna düşə bilirlər. Mükafat qazandığını və ya lotereyada oynamaq şansı əldə etdiyinidüşünənlər reklam edilən keçidə daxil olub kart məlumatlarını qeyd edirlər. Daha sonra isəhəmin kartlarda olan vəsaitlər mənimsənilir. Odur ki, sosisl şəbəkələrdə qarşılaşılanreklamlara, səhifələrə olduqca diqqətli yanaşmaq lazımdır. Bunun üçün həmin şirkətintəsdiq edilmiş sosial şəbəkə hesablarına və ya veb-saytına baxmaq kifayətdir. Xüsusən qeydetmək lazımdır ki, bankların həyata keçirdiyi kampaniya və lotereyalar zamanımüştərilərdən qeydiyyat tələb edilmir. Belə ki, bu zaman kampaniya və ya lotereyanınşərtlərinə cavab verən istifadəçilər müştəri davranışlarına əsasən avtomatik olaraq iştirakşansı qazanırlar. https://kbl.az/kbcf

Saxta iş təklifləri: Bu zaman iş axtaran insanlara yüksək maaşlı, asan və ya evdən işləməkvədi ilə saxta iş təklifləri olunur və onlardan CV-ləri, şəxsi məlumatları, bəzənsə ilkinödəniş tələb edilir. Bu, həm şəxsi məlumatları toplamaq, həm də qarşı tərəfi inandırmaqməqsədi daşıyır. İlk əlaqəyə keçdikdən sonra namizədlərə tapşırıq məqsədi ilə layihəgöndərilir. Dələduzlar həmin faylla birgə hədəf şəxsin kompüterinə və ya mobil cihazınagizli kodları özündə daşıyan zərərli proqramlar yükləyirlər. Kodlar cihaza sahibinin xəbəriolmadan uzaqdan nəzarət etmək imkanı verir. Əsas məqsəd qurbanın brauzerindəki hesablardan şəxsi məlumatları oğurlamaqdır. Bu səbəbdən də şübhəli iş təkliflərinə qarşıdiqqətli olmaq vacibdir.

Ani diqqətsizlik hər kəsi kiberdəluzluğun qurbanına çevirə bilər. Odur ki, hər kəs realhəyatda şəxsi təhlükəsizliyini qoruduğu kimi rəqəmsal dünyada da özünü qorumalıdır.Bunun üçün şəxsi məlumatları, kartın üzərindəki CVV/CVC kodu, sms vasitəsiləgöndərilən 4 rəqəmli OTP kodu, kartın PIN kodunu, şəxsiyyət vəsiqəsinin FİN nömrəsiniüçüncü şəxslərə verməmək, banklar adına hazırlanan və göndərilən qeyri-peşəkar videolaravə reklam mətnlərinə inanmamaq lazımdır. Kiberdələduzlar öz niyətlərini həyata keçirməküçün hipnoz, yalan, manipulyasiya kimi bir çox üsullardan istifadə edirlər. Odur ki, hərkəsin bu mövzuda məlumatlı və diqqəli olması, eləcə də digər şəxsləri dəməlumatlandırması olduqca vacibdir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ənböyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsulvə xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edəbilərsiniz.

Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün— https://kbl.az/prcrc.

D
demokrat.az