"Çaylarda sululuğun artmasının fərqli təsirləri ola bilər. Çayların mənbələrindən asılı olaraq sulu və bol sulu dövr müşahidə olunur. Qarların intensiv əriməsi və yağıntıların çox olması sululuğun artmasına kömək edir. Suvarma baxımından bunun müsbət tərəfləri var. Suvarılan əraziləri su kifayət qədər çatır, anbarlar lazımı səviyyədə doldurulur".
Bu sözləri Demokrat.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri, ekoloq Amin Məmmədov deyib.

Qeyd edək ki, bu il yağıntılar əvvəlki illərə nisbətə çox olub. Önümüzdənki daha üç gün bəzi bölgələrdə leysan yağışlar gözlənilir.
Əfsanə Kamal Demokrat.az


