Gündəm

Qohum nikaları ilə bağlı qadağa nəticə verməsə... — Parlamentdə qızğın müzakirələr (VİDEO)

Qohum nikaları ilə bağlı qadağa nəticə verməsə... — Parlamentdə qızğın müzakirələr (VİDEO)

Qohum evlilikləri ilə bağlı qadağa bu il iyulun 1-də qüvvəyə minəcək.

Xezerxeber.az xəbər verir ki, bu fikirlər parlamentdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatının müzakirəsi zamanı bildirilib.

Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev deyib ki, qadağa nəticə verməsə, cəzalar daha da sərtləşdirilməlidir.

O da bildirilib ki, ötən il ərzində Uşaq Qaynar Xətt xidmətinə 816 zorakılıq halı ilə bağlı müraciət daxil olub. Ötən il1 228 qadın məişət zorakılığı cinayətindən zərər çəkib. Qadınlara qarşı cinayət törədən 2 745 nəfər məsuliyyətə cəlb olunub.

"Gender bərabərliyinin təminatları haqqında" qanuna dəyişiklik layihəsi hazırlanib vəplenar iclasa tövsiyə olunub.

Xezerxeber.az mövzu ilə bağlı videomaterialı təqdim edir.

NE
Nihadə Eyyubova