"İki ildən sonra Olimpiya Oyunları olacaq. Orada yaxşı çıxış edəcəyimə ümid edirəm".
Oxu.Azxəbər verir ki, bunu kunq-fu üzrə Azərbaycan millisinin tərkibindədünya çempionuolanƏminə Əliyevadeyib.
Gənc idmançının sözlərinə görə, İtaliyanın Peruca şəhərində keçirilən yarışda qızıl medal qazanmaq onun üçün elə də asan olmayıb.
Əminə Əliyeva növbəti hədəfini də açıqlayıb. O, Olimpiya çempionu olmaq istədiyini bildirib.


