"Qarabağ" ilk məğlubiyyətini aldı

İDMAN 22 noy 2019, 23:10

"Qarabağ" bu mövsüm Azərbaycan Premyer Liqasında ilk məğlubiyyətini alıb.

 

Demokrat.az xəbər verir ki, XII turun ilk oyununda son çempion səfərdə Sumqayıtla qarşılaşmada öndə olduğu oyunu uduzub. Belə ki, ilk hissədə hesabı açan "köhlən atlar", sonradan qapısından iki top buraxaraq məğlubiyyətsizlik seriyasını sona çatdırıb. 

 

Qeyd edək ki, xal itkisinə baxmayaraq, "Qarabağ" 27 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. 

 

 

22 noyabr 2019

Azərbaycan Premyer Liqası, XII tur

“Kapital Bank Arena”, 1200 tamaşaçı

Baş hakim: Rauf Cabarov
Baş hakimin köməkçiləri: Nahid Əliyev, Müslüm Əliyev
Dördüncü hakim: Rövşən Rəcəbov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Asif Əliyev

 

Sarı vərəqələr: Vüqar Mustafayev, 36 (qeyri-idman hərəkəti); Aleksey İsayev, 59 (qeyri-idman hərəkəti); Peyman Babayi, 68 (qeyri-idman hərəkəti); Elvin Cəfərquliyev, 89 (oyunun bərpasını ləngitdiyinə görə); Əmir Ağayev, 90+1 (hakimin qərarına etiraz) // Markos Madera, 90+2 (hakimin qərarına etiraz); Mahir Emreli, oyundan sonra (hakimin qərarına etiraz)

Qırmızı vərəqə: İsmayıl İbrahimli, 72 (təcavüzkar davranış)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Ayxan Abbasov, 49 (hakimin qərarına etiraz)

Qollar: Peyman Babayi, 65, 69 // Xayme Romero, 36

 

“Sumqayıt”: 1. Mehdi Cənnətov, 3. Vurğun Hüseynov (k), 46. Aleksey İsayev, 4. Şəhriyar Əliyev, 6. Vüqar Mustafayev, 90. Rəhim Sadıxov, 10. Əmir Ağayev, 8. Peyman Babayi, 5. Camaladdin Xocaniyazov, 18. Süleyman Əhmədov, 44. Elvin Cəfərquliyev

Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 12. Nicat Mehbalıyev, 97. Xəyal Nəcəfov, 2. Rail Məlikov, 7. Ehtiram Şahverdiyev, 14. Elvin Bədəlov, 22. Sərtan Taşqın, 11. Elgün Nəbiyev, 9. Amil Yunanov, 50. İlqar Qurbanov, 20. Rüfət Abdullazadə, 28. Səbuhi Abdullazadə

Baş məşqçi: Ayxan Abbasov

 

“Qarabağ”: 1. Asmir Beqoviç, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 8. Markos Madera, 17. Abdullah Zubir, 9. Xayme Romero, 99. Maqaye Qeye, 3. Ailton Silva, 18. İsmayıl İbrahimli

Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 7. Araz Abdullayev, 10. Dani Kintana, 6. Simeon Slavçev, 23. Faysal Rerras, 45. Rauf Hüseynli, 71. Toral Bayramov, 29. Musa Qurbanlı

Baş məşqçi: Qurban Qurbanov

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top