Gündəm

"Son zəng" geyimi ilə bağlı məktəblərə təlimat verildi

Son zəng geyimi ilə bağlı məktəblərə təlimat verildi

Agentlik tərəfindən təhsil müəssisələrinə göndərilmiş təlimatda tədbirdə iştirak edəcək şagirdlərin xarici görkəminin və geyiminin oxuduğu təhsil müəssisəsinin nizam-intizam qaydalarına uyğun və səliqəli olmasının təmin edilməsi öz əksini tapıb.

Bu barədəMəktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd olunub ki, şagirdlərin məktəbli formalarında olmaları tövsiyə edilir.

NE
Nihadə Eyyubova