Dünya Özəl

İran ABŞ-la nüvə dosyesi danışıqlarının təfərrüatlarını açıqlayıb

İran ABŞ-la nüvə dosyesi danışıqlarının təfərrüatlarını açıqlayıb

Mayın 11-də İran vəABŞ arasında nüvə dosyesi ilə bağlı baş tutan danışıqlar məhsuldar keçib, tərəflər İranın nüvə proqramının bitməsini müzakirə etməyiblər.

Demokrat.az xəbər verir ki , bunu İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Baqai bildirib.

O bildirib ki, İranın nüvə proqramına son qoyulması gündəmdə deyil, biz keçmiş təcrübələrdən öyrənmişik və hansı addımların atılacağını bilirik.

O əlavə edib ki, hazırda tərəflər növbəti məsləhətləşmələrin vaxtını və yerini müzakirə edirlər.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova