ABŞ-ın sabiq prezidenti Donald Tramp növbəti açıqlamaları ilə yenidən gündəmə gəlib.
Demokrat.az xarici mediaya istinadən xəbər verir ki, Tramp İstanbulda baş tutacaq Rusiya–Ukrayna görüşü barədə danışıb və Türkiyəyə səfər edəcəyini bildirib.
Sabiq prezident qeyd edib:
"Putin mənim də Ukrayna prezidenti ilə görüşdə iştirak etməyimi istəyir. İş qrafikim buna mane olmur."
Trampın bu açıqlamaları beynəlxalq medianın diqqət mərkəzinə çevrilib və mümkün diplomatik gəlişmələrlə bağlı yeni suallar doğurub.


