Şou-biznes

"Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil"

Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil

Əməkdar artist Nüşabə Ələsgərli "Tarixin bir günü" verilişində qonaq olub.

Axşam.az xəbər verir ki, ifaçı həmkarı,Əməkdar artist Vasif Məhərrəmlinin onun barəsində səsləndirdiyi "Şou-biznesinən varlı müğənnisiNüşabə Ələsgərlidir" sözlərinə münasibət bildirib. O, həmkarını bu açıqlamasına görə qınayıb:

"Başqasının pulunu, cibini sayımaq, demək olmaz. Bu, yaxşı hal deyil. İnsanın zənginliyi onun daxili aləmi ilə ölçülür. Ataların bir sözü var -hər şey var, heç nə yoxdur. O deməkdir ki, bu gün onun hər şeyi ola bilər, amma evində hüzuru yoxdurvə maddiyyat gözünə görsənməz. Hər şey var, soyuducudoludur, amma xəstədir, yeyəbilmir. İnsanın zənginliyi, onun sağllamlığıdır. Vasifin elə deməyi xoşuma gəlmədi. Deyir, yalan danışıram. Ümumiyyətlə uşaqlıqdan iqtisadiyyatı bilmişəm, yaxşı dəyərləndirmişəm. Məsələn, 1990-cı ildən el şənliklərinə gedirəm. 35il edir. Bu illər ərzində inflyasiya vaxtı olub. Adam var ki,3 otaqlı evini televizorlamaqnitofona dəyişib. Bu adam səhv edib. Adam var, yatırımını evə edib. O vaxtalmışam 5 manata, indi olub 45 manat. Bunları düzgün etmişəm. Onun hərəkəti doğru deyil. Şəxsi həyatdır. Bu, nə deməkdir? Səhv edib. Dünən Manaf Ağayevin ad günündə ona dedim, Vasif, səndən mənim adımı soruşmayıblar. Deyərdin, bilmirəm.Mən deyirəm, sənin nəyin var, nəyin yoxdur?Hərçənd sən məndən də əskik deyilsən. Amma mənim nəyiməlazımdır. Mən demərəm.

Etdiyim yaxşılıqların birini də dilə gətirmirəm. Bu, etik normalara uyğun deyil. Heç kimin cibini saymaram, düzgün deyil. Özümüz haqqında yüksək pafosludanışmırıq. Təzəvzökarlıq deyilən şey var. Bunları deyən adamlara görməmiş deyirlər".

Aparıcı Tarix Əliyev (Tolik) N.Ələsgərlinin sözlərinə haqq qazandırıb:

"Vasifin imkanını mən də bilirəm. Rayonda villasını göstərib. Mən bilən Türkiyədə evi var. Amma Vasif bunları gizlədir. Axırıncı çıxan "Range Rover" sürür. Nömrəsinin 20-30 min qiyməti var. Xatirə İslam bir dəfə villasını göstərdi. Soruşdular ki, bu haradandır? Dedi ki, illərdir səhnədəyəm. Hər toydan 1000 manat dala ata bilmərəm ki? Nədir, biz acından ölməliyik? Təzə şey çıxıb, o bağı satardı, kasıblara verərdi. Qurban olumkasıba mən. Onsuz da, aşkar-gizlin nəsə edirik. Nə edim, mən də bomj olub küçədə yatım? Etdiyimiz yaxşılıqları niyə görmürsünüz?".

NE
Nihadə Eyyubova