Rusiya tərəfi “vahid Çin”prinsipinə sadiqliyini vurğulayaraq, Tayvanın ÇXR-in ayrılmaz hissəsi olduğunu bildirib.
Demokrat.az xəbər verir ki, bu barədəiki ölkənin Qələbənin 80 illiyi münasibətilə əməkdaşlığın daha da dərinləşdirilməsinə dair birgəbəyanatındadeyilir.
Bəyanatda deyilir ki, Rusiya dünyada yalnız bir Çinin olduğunu, Tayvanın onun ayrılmaz hissəsi olduğunu və Çin Xalq Respublikasının hökumətinin bütün Çini təmsil edən yeganə legitim hökumət olduğunu qəbul edir.
Qeyd olunur ki,MoskvaPekininöz suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün addımlarınıqətiyyətlə dəstəkləyir.
Əfsanə Kamal Demokrat.az


