"Qala Sığorta" əməkdaşları Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə imzalanmış Memoranduma əsasən təşkil olunmuş ağacəkmə aksiyasında fəal iştirak edib.
Demokrat.az xəbər verir ki, Mərkəzi Bankın, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin də qatıldığı tədbir “Yaşıl inkişaf” təşəbbüsünün bir hissəsi olaraq Müşfiqabad qəsəbəsində həyata keçirilib.





