Siyasət

Elmira Süleymanova vəzifəsindən gedir - Prezident Milli Məclisə namizədlər göndərdi

Elmira Süleymanova vəzifəsindən gedir - Prezident Milli Məclisə namizədlər göndərdi

Milli Məclis (MM) Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilini (Ombudsman) seçəcək.

Prezident İlham Əliyev parlamentə 3 namizəd təqdim edib. Onlardan biri Apellyasiya Məhkəməsinin hakimi Kəmalə Abıyevadır. Digər 2 namizəd də xanımdır. Onlardan biri Ali Məhkəmənin, o biri isə Konstitusiya Məhkəməsinin hakimidir.

Yaxın günlərdə Milli Məclisin plenar iclası keçiriləcək, 3 namizəddən biri seçiləcək.

Xatırladaq ki, hazırki Ombudsman Elmira Süleymanovadır. Onun 82 yaşı var. (Pravda.az)

D
demokrat.az