Dünya Özəl

Dünyada ərzaq qiymətləri qalxıb

Dünyada ərzaq qiymətləri qalxıb

Dünya bazarında ərzaq qiymətlərinin məcmu göstəricisi mart ayı ilə müqayisədə 1% bahalaşıb.

Demokrat.az xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) məlumat yayıb.

Təşkilat aprel ayında taxılın qiymətinin mart ayı göstəricisindən 1,2% çox olduğunu bildirib. Süd məhsullarının qiymət indeksi 2,4% artıb. Ətin qiymətləri də xeyli artıb. Ətin qiyməti aprel ayında 3,2% artıb. Beynəlxalq qiymətlər bütün kateqoriyalar üzrə yüksəlib.

Aprel ayında bitki yağlarının qiyməti 2,3% azalıb.

FAO-nun fikrincə, əsas səbəb tədarükün artması səbəbindən palma yağının qiymətinin düşməsidir.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova