Gündəm

Bakı Limanından aşırılmış yüklərin həcmi 9 %-ə yaxın artıb

Bakı Limanından aşırılmış yüklərin həcmi 9 %-ə yaxın artıb

Bu ilin birinci rübündə Bakı Limanı vasitəsilə1,9 milyontondan artıq yük aşırılıb ki, bu da 2024-cü ilin eyni dövrünün göstəricisi ilə müqayisədə8,8% çoxdur.

Bu barədə Demokrat.az Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (“AZCON Holding”) tərkibində fəaliyyət göstərən “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir.

"O cümlədən bu ilin birinci rübündə30 034TEU konteyner aşırılıb. Bu, 2024-cü ilin müvafiq dövrünün göstəricisinə (13 280TEU) nisbətən16 754TEU və ya126% çoxdur", - məlumatda deyilir.

Hesabat dövründə Bakı Limanı vasitəsilə13 711ədəd təkərli texnika,7 765ədəd vaqon,366 minton quru yük,377 minton neft və neft məhsulları aşırılıb.

NE
Nihadə Eyyubova