Daxili siyasət

Prezident DTX ilə bağlı fərman İMZALADI

Prezident DTX ilə bağlı fərman İMZALADI

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ilə bağlı Fərman imzalayıb.

Demokrat.az xəbər verir ki, Fərmanda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 1, maddə 46 (Cild I); 2024, № 6 (I kitab), maddə 651) dəyişiklik təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin".

D
demokrat.az