Gündəm Özəl

Ekspert: "Tələbələrimiz dünya elmindən məlumatlı müəllimlərdən dərs almaq imkanına sahib olacaqlar"

Ekspert: Tələbələrimiz dünya elmindən məlumatlı müəllimlərdən dərs almaq imkanına sahib olacaqlar

"Çin və Azərbaycanın birgə universiteti yaradıla bilər. Artıq biz Türkiyə, İtaliya kimi ölkələrlə birgə universitetlər yaratmışıq. Çin ilə birgə universitetin yaradılması mühəndislik peşəsinin ölkəmizdə inkişaf etməsinə, rəqəmsəl texnologiyaların inkişafına müsbət təsir edəcək. Çindən gələcək müəllim heyətinin Azərbaycan müəllimləri ilə birgə çalışması elmi məhsuldarlığı artıracaq, təhsil üçün yeni üfüqlər açacaq".

Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Vüsal Kərimli deyib.

Ekspert bildirib ki, tələbələr daha keyfiyyətli təhsil ala biləcəklər:

"Praktiki, dünya elmi ilə inteqrasiya olunmuş, məlumatlı müəllimlərdən dərslər almaq imkanına sahib olacaqlar. Tələbələr öz sahələri üzrə daha peşəkar yetişmək imkanı əldə edəcək. Tələbələrə elmi tədqiqatlar, diplom və dissertasiya işlərində Çin müəllimlərinin elmi rəhbərlik etmələri gənc nəslin elmi araşdırma potensialını artıracaq. Bütün bunların təhsil üçün müsbət tərəfləri çoxdur".

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova