Sosial

Kütləvi zəhərlənmə olan fabrikdən cavab: "Mənə niyə zəng etmisiniz?"

Kütləvi zəhərlənmə olan fabrikdən cavab: Mənə niyə zəng etmisiniz?

Sumqayıt Tekstil Fabrikində kütləvi zəhərlənmə hadisəsini iki dövlət qurumu təsdiqləsə də, fabrikin "qaynar xətt"inə edilən zəngə cavab verən şəxs faktı inkar etməyə çalışdı.

O, Oxu.Az-a açıqlamasında belə bir hadisənin olmadığını bildirdi.

Əməkdaşımız TƏBİB-in məlumatı təsdiqlədiyini xatırladandan sonra sözügedən şəxs laqeyd tonda fikrini dəyişib: "O zaman TƏBİB-dən soruşun. Mənə niyə zəng etmisiniz? Mən mühasibəm", - deyə cavabdan yayındı.

Maraqlı burasındadır ki, açıqlama verən şəxs faktı inkar edəndə "mühasib" olduğunu unudaraq qurumu müdafiə edirdi.

D
demokrat.az