Sosial

Bəzi çaylarda sululuq artıb

Bəzi çaylarda sululuq artıb

Çaylarda müşahidə olunan faktiki hidroloji vəziyyət açıqlanıb.

Demokrat.azxəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, avtomat hidroloji stansiyaların aprelin 21-i saat 11:00-a olan məlumatına əsasən, ötən sutka ilə müqayisədə bəzi çaylarda sululuq artıb:

"Böyük Qafqaz ərazisindən axan Qudyalçay-Qımılda 6 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Bərgüşadçay-Əliquluuşağıda 8 sm, Oxçuçay-Bürünlüdə 7 sm, Quruçay-Böyük Tağlar və Tərtərçay-Kəlbəcərdə 3 sm artım qeydə alınıb.

Kür çayının aşağı axınında - Kür-Şirvan məntəqəsində suyun səviyyəsi 20 sm, Kür-Salyanda 10 sm, Kür-Bankədə 5 sm artıb".

NE
Nihadə Eyyubova