Hadisə

Ağstafada minik maşını daşa çırpılıb, xəsarət alanlar var

Ağstafada minik maşını daşa çırpılıb, xəsarət alanlar var

Ağstafada yol nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.

Hərəkətdə olan "Hyundai" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı daşa çırpılıb. Qəza zamanı 1948-ci il təvəllüldü O.Quşçuyev, 2004-cü il təvəllüdlü S.Quşçuyeva və 2020-ci il təvəllüdlü M.Quşçuyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.(APA)

NE
Nihadə Eyyubova